Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Siyəzən şəhəri
Siyəzən rayonu Bakıdan bir qədər şimalda yerləşir və Xəzərin sahili boyunca uzanır. Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Buranın yayı çox isti və quraqlıq olur. İyul ayında orta temperatur +25 C. Qış isti olur. Yanvar ayının orta temperaturu +4 C. İldə 340 - 520 mm yağıntı düşür. Rayon ərazisində ən çox rast gələn heyvan növləri ayı, canavar, çöl pişiyi və çaqqaldır. Burada kükürdlü su bulaqları da vardır. Siyzən zəngin tarixə malikdir. Bəlkə də çoxları bilmir ki, vaxtilə Azərbaycanda Böyük Çin Səddinə oxşar əzəmətli bir sədd olmuşdur. Dənizin qırağından başlanan su sədd bütün sahilyanı düzənlikdən keçərək dağlara, Çıraqqala istehkamına qədər uzanırdı. Vaxtilə nəhəng bir tikili olmuş səddən indi yalnız ayrı-ayrı qüllələr, o cümlədən, Çıraqqala (V əsr) salamat qalmışdır. Zarat kəndinin yaxınlığında Xızırzində baba deyilən Beşbarmaq istehkamının xarabaları, Sedan kəndi yaxınlığında isə Dindar qalasına aid olan Qara dundur istehkamının xarabaları vardır. Bundan əlavə Şıxlar kəndi yaxınlığında XV əsrdə ucaldılmış Şeyx Heydər məqbərəsi və XVIII əsrdə tikilmiş Pir Xəlil türbəsi yerləşir. Rayonda xalçaçılıq, ağac, üzərində oyma, naxışla bəzəmə, musiqi alətlərinin, metal məmulatların hazırlanması kimi xalq sənətləri yaxşı inkişaf etmişdir. Harada qalmaq olar Yerli əhali tərəfindən münastb qiymətə icarəyə verilən evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar «Görüş», «Zəfəran», «Çıraq - Qala» restoranları özünəməxsus yüksək xidmət göstərir. Mətbəxində üstünlük təşkil edən balıqdan hazırlanmış yeməkləriburadakı hər bir restoran və kafedə sifariş etmək olar.