Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Nə? Harada? Nə zaman?”

01.05.2024

 

01 may 2024-cü il tarixində Şabran rayon Ağsaqqallar evində Şabran rayon

Mədəniyyət Mərkəzinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Şabran rayon çempionatı keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd

olunması, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, zehni inkişafı və dünya görüşünün artırılması məqsədilə keçirilmiş çempionatda Şabran rayon ümumtəhsil məktəblərindən müəllimlər, X-XI sinif şagirdlərindən ibarət 40 nəfər gənc və mədəniyyət işçiləri iştirak ediblər.

8 komandanın qatıldığı çempionatın yekun nəticəsinə əsasən Şabran şəhər 4

nömrəli tam orta məktəbin "Everest" komandası l yeri, şəhər 5 nömrəli tam orta

məktəbin "Zəfər yolu" komandası ll yeri, şəhər 2 nömrəli tam orta məktəbin "Zirvə"

komandası isə lll yerə layiq görülüb.

Qalib komandalar diplomlarla təltif edilib.