Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib.

08.05.2024

08.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Siyəzən rayon Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının əməkdaşları, Siyəzən rayon təhsil sektorunun metodisti, Siyəzən rayon Peşə məktəbinin müəllim,tələbələri, Siyəzən şəhər 2 saylı məktəbin, Siyəzən şəhər 5 saylı məktəbin müəllim və şagirdləri, kitabxana əməkdaşları iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışılıb.

Daha sonra məktəblilər ifasında Ulu öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib və "Azərbaycanım", "Millətim" mahnılarının sədaları altında məktəblilər rəqs ediblər.