Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri və müşaviri, tanınmış şair, yazıçı Şayman Aruzla görüş keçirilib

27.04.2024

27.04.2024-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində Quba RİH, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Quba Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri və müşaviri, tanınmış şair, yazıçı Şayman Aruzla görüş keçirilib.Tədbirdə Quba RİH-nin məsul şəxsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayon üzrə nümayəndəsi, Quba rayon MKS-nın direktoru, Respublikanın və bölgənin görkəmli şair və yazıçıları, ADPU-nin Quba rayon filialının müəllim və tələbələri, rayon ictimaiyyəti, məktəblilər , Quba Tarix-Diyarşünaslıq Muzeyi və filiallarının əməkdaşları iştirak edib. Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Sayman Aruzun həyat və yaradıcılığından geniş və əhatəli danışaraq onun şeirlərini səsləndiriblər.

Tədbirin sonunda Sayman Aruz iştirakçıların suallarını cavablandıraraq, yeni şeirlərini oxuyub, qonaqlara və tədbirdə iştirak edən hər kəsə,

təşəkkürünü bildirib.