Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirib.

07.05.2024

 

07 may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması, Ulu öndərin azərbaycançılıq ideologiyasının və zəngin dövlətçilik irsinin gənclər arasında təbliğ edilməsi və gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə keçirilən tədbirdə iştirak edənqonaqlar çıxış edərək bütün ömrünü xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında gənclərə geniş məlumat veriblər.

Sonda qısa videoçarx nümayiş olunub.