Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Beynəlxalq Reqs Günü” qeyd edilib.

29.04.2024

 

29 aprel Beynəlxalq Rəqs Günü münasibətilə Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar şəhər Uşaq Incəsənət məktəbində tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyəti, mədəniyyət işçiləri,Qusar sakinləri və şəhərin qonaqları iştirak edibler.

UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə 1982-ci ildən qeyd olunmağa başlayıb. Məhz, həmin tarixin “Beynəlxalq Rəqs Günü” kimi keçirilməsi müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin islahatçısı və nəzəriyyəçisi Jan Jorj Noverrin (Jean-Georges Noverre) doğum günü ilə bağlıdır.

Bu tarix ölkəmizdə də əlamətdar gün kimi qeyd olunur. Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini folklorumuzun bir qolu olan xalq rəqslərindən götürüb.İncəsənətin ən geniş yayılmış janrlardan biri olan rəqs,öz mahiyyəti və görünüşü ilə insanların diqqətini daha çox çəkir.Rəqs qədim dövrlərdən yaranmiş,inkişaf etmiş ,insanların həyat tərzini,estetik zövqünün ayrılmaz bir parçası olmuşdur.

Məktəbimizin xoreografiya şöbəsinin şagirdləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.