Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Kitab aləminə səyahət” adlı ekskursiya.

19.04.2024

 

19.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi “Kitab aləminə səyahət” adlı ekskursiya keçirib.

Ekskursiyada Zərifə Əliyeva adına 8 №-li məktəb- litseyin 3-cü sinif şagirdləri iştirak ediblər. Uşaq Şöbəsinin biblioqrafı ilk öncə kitabın, mütaliənin insan həyatında rolu, kitabın yaranma tarixi, kitabla rəftar etmə qaydaları haqqında ətraflı məlumat verdi.

Daha sonra Kitabxanaçı İnformasiya Texnologiyaları üzrə mütəxəssisi tədbir iştirakçılarını kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və nağıl güşəsi ilə tanış etdi.

Sonda uşaqlar kitabxanaya üzv yazılıb, xatirə şəkilləri çəkdirilib