Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Albert Aqarunoviç Aqarunovun doğum günü ilə əlaqədar tədbir keçirilib.

25.04.2024

25.04.2024-cü il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı

Şəhidlər Muzeyində I Qarabağ müharibəsi şəhidi, Azərbaycan

Respublikasının Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun doğum

günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, Quba rayon

Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi

iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə iştirak edənlər şəhidlərimizin, qazilərimizin vətən torpaqlarının azadlığı uğrunda apardıqları mübarizədən danışıblar.

Çıxış edən şəhid anaları çıxışlarında Albert Aqarunovun şərəfli döyüş yolunun gənclərimizə nümunə olduğunu, 44 gün davam edən Vətən müharibəsində bir çox şəhidlərimiz kimi onun da qanının yerdə qalmadığını vurğulayıblar.

Sonra Quba rayon Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri

qəhrəmana həsr edilmiş şeirlərlə çıxış ediblər.

Sonda tədbir iştirakçıları

Albert Aqarunova həsr olunmuş video çarxa baxış keçiriblər.