Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Oftalmoloq–alim Zərifə xanım Əiyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

26.04.2024

 

26 aprel 2024-cü il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz

Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq –alim Zərifə xanım Əiyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Əsl alim, qayğıkeş ana, sevimli ömür yoldaşı” mövzusunda tədbir keçirilib.

Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükütla yad edilib

Tədbirdə çıxış edənlər dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərindən danışıblar. Qeyd ediblər ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları,

qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edib.