Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Hər bir vətəndaş bizim üçün dəyərlidir” adlı maarifləndirici tədbir keçirilib.

03.05.2024

 

02.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən oxu zalında Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Hər bir vətəndaş bizim üçün dəyərlidir” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, inklüziv təhsil üzrə Beynəlxalq Dərəcəli təlimçi, Əlil Qadınlar Cəmiyyətinin Region üzrə rəhbəri, Azərbaycan

Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Quba rayon Təşkilatının sədr

müavini, Əlil Qadınlar Cəmiyyətinin Region üzrə müavini, tələbələr, mərkəzi

kitabxananın fəal oxucuları və başqaları iştirak edib.

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə may ayının 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial

siyasətin əsas istiqamətindən biridir. Azərbaycan 2006-cı ildə əlilliyi olan

şəxslərin hüquqları haqqında BMT-nin Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir.

Çıxış edənlər bildiriblər ki, ölkəmizdə əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.