Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Sağlam gələcək naminə narkomaniyaya “YOX” deyək”.

24.04.2024

 

24.04.2024 cu il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin iş planına uyğun olaraq Qusar şəhər Uşaq İncəsənət məktəbində “Sağlam gələcək naminə narkomaniyaya “YOX” deyək” adlı tədbir keçirilib.

Tədbirdə Qusar rayon polis şöbəsinin əməkdaşı polis kapitanı Ramik Nəzərov və Qusar şəhər Uşaq Incəsənət məktəbinin müəllim kollektivi, mədəniyyət işçiləri iştirak ediblər.

Polis kapitanı Ramik Nəzərov çıxış edərək narkomaniyaya qarşı mübarizə təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bütövlükdə cəmiyyətin,  hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşdüyünü vurğulayıb.