Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“14 iyul 1969-cu il-Müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib.

15.07.2024

 

12 iyul 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü haqqında YAP Siyəzən rayon təşkilatı və Siyəzən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə YAP Siyəzən rayon təşkilatının, Siyəzən Gənclər evinin əməkdaşları, idarə və müəssisələrdən, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 14 iyul 1969-cu il tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür. Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Sonda Ümummilli liderin zəngin həyatından bəhs edən videoçarx nümayiş olunub.