Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Kitablar tariximizin əbədi yaddaşıdır” adlı tədbir keçirilib.

23.04.2024

 

23.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət Idarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən oxu zalında 23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar "Kitablar tariximizin əbədi yaddaşıdır" adlı tədbir keçirilib.

Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, Quba Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbələri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü şair Səxavət Ənvəroğlu və fəal oxucuları iştirak edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirərək demişdir: "Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni ictimai- həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Səxavət Ənvəroğlu ona ünvanlanan sualları cavablandırıb, təbirin sonunda müəllif yenicə çapdan çıxmış kitablarını oxuculara hədiyyə edib,

Sonda “23 Aprel -Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”dür adlı sərgiyə baxış keçirilib.