Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qusarda Novruz bayramı qeyd edilib

18.03.2024

15.03.2024-cü il tarixində Qusar rayon Mədəniyyət Mərkəzinin qarşısında, M. Əbilov adına şəhər mərkəzi meydanında Qusar rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz bayramınız mübarək!" adlı ümumrayon bayram şənliyi keçirilib. Bayram tədbirində Qusar rayon İH-nin başçısı Şair Alxasov, rayonun idarə, müəssisə və təşkilatlarının məsul vəzifəli şəxsləri, rayon ictimaiyyəti iştirak ediblər.

Bayram şənliyində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının musiqi, folklor və rəqs kollektivlərinin, Qusar Dövlət Ləzgi Dram Teatrının, Qusar Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifaları, sim və güc pəhləvanlarının çıxışları nümayiş etdirilib. Bayram tədbirinin iştirakçıları Qusar rayon Mədəniyyət Mərkəzi filiallarının dərnək üzvlərinin rəsm, dekorativ-tətbiqi sənət nümunələri,əl işləri, qədim milli məişət əşyalarından, Qusar Tarix-Diyarşünaslıq muzeyinin, Qusar Rəsm Qalereyasının nümayiş etdirdikləri qədim milli məişət əşyaları, şəkil və tablolardan ibarət sərgiyə baxış keçiriblər.