Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.

20.02.2026

17 fevral 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeraltı və yerüstü irsin vəhdəti” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İlk Tunc Dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, Qoruğun aparıcı elmi işçisi Səfər Aşurov, həmin institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli, Arxeoloji texnologiya və ölçü-layihə şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, ICOMOS-un üzvü, Azərbaycan memarlıq və arxeoloji abidələrinin tədqiqatçısı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində yeni abidələr üzrə ekspert şurasının üzvü Faiq Nəsibov, eləcə də Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatının nümayəndəsi, Şabran şəhər Bələdiyyəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayon üzrə nümayəndəsi və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Mərkəzin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər haqqında məlumat verilib.

Masa ətrafında dəyərli alimlər öz fikirlərini bildirmiş, müzakirələr zamanı Şabran rayonu ərazisində mövcud tarixi və mədəni irs nümunələrinin qorunması, tədqiqi, ictimaiyyətə təqdim olunması, elmi-tədqiqat işlərinin genişləndirilməsi, gənclərin sahəyə cəlb olunması və qurumlararası əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Həmçinin şəhərsalma prosesində tarixi mühitin qorunması ilə müasir infrastrukturun uzlaşdırılması, gələcək layihələr və prioritet vəzifələr müzakirə edilib.