Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyi münasibəti ilə tədbir keçirilib.

07.05.2024

 

07 may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibəti ilə Siyəzən şəhər 6 saylı məktəb lisey və Siyəzən rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə “ Ey Ulu Öndər” adlı dəyirmi masa keçirilib.

Öncə məktəblilər Ulu Öndərin mərkəzdə yerləşən eksponatları ilə yaxından tanış olublar, daha sonra tədbir dəyirmi masa ətrafında davam edib. Dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, məktəblilərə dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan danışılıb.

Tədbirdə Siyəzən şəhər 6 saylı məktəb liseyin müəllim və şagirdləri iştirak ediblər.

Sonda məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib.