Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Qaliblərin zəfər sədası” adlı tədbir keçirilib.

24.06.2025

 

23.06.2025-ci il tarixində Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Güləzi kənd kitabxana filialı və Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Güləzi kənd folklor klubu tərəfindən Güləzi kənd folklor klubunda 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar "Qaliblərin zəfər sədası"adlı tədbir keçirilib. Tədbirdə şəhid ailə üzvləri, qazilər, veteranlar, müəllimlər, şagirdlər və gənclər iştirak ediblər. İlk öncə klubun qarşısında təşkil olunan şəhidlər guşəsinə və kitab sərgilərinə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edənlər bildirdilər ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü – yalnız hərbi tariximizin deyil, xalqımızın qürur salnaməsinin şanlı səhifəsidir. Tədbir çərçivəsində kitabxananın fəal oxucuları və klubun dərnək üzvləri şeirlər söyləyib, mahnılar səsləndirib və rəqs nümunələri ilə çıxışlar ediblər. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.