
13.05.2026
Mayın 13-də Xaçmaz Rayon Heydər Əliyev Mərkəzində Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin buraxılış siniflərinin hesabat konserti keçirilib.
Tədbirdə müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və valideynlər iştirak ediblər.
Konsert proqramında məktəbin şagirdləri bir-birindən maraqlı musiqi nömrələri və bədii kompozisiyalar təqdim ediblər. Şagirdlərin nümayiş etdirdiyi istedad və bacarıqlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda buraxılış sinfi şagirdləri məktəb rəhbərliyi tərəfindən Tərifnamə-ilə təltif olunublar.