Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

07.05.2026

 

Mayın 7-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasının Oxu zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu” adlı tədbir keçirilib.

Tədbirdən öncə kitabxananın əməkdaşları tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Daha sonra tədbir Mərkəzi Kitabxananın Oxu zalında davam etdirilib.

Tədbirdə Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs olunub. Onun mədəniyyətə, elmə və təhsilə göstərdiyi xüsusi diqqət, kitabxanaların inkişafı istiqamətində həyata keçirdiyi mühüm işlər və ideyalarının bu gün də xalqımızın tərəqqisinə xidmət etdiyi qeyd olunub.

Tədbir iştirakçıları Ulu Öndərin zəngin irsinin gələcək nəsillər üçün daim örnək olduğunu bildiriblər.

Tədbirin sonunda “Azərbaycanın özü qədər əbədi” adlı sərgi nümayiş etdirilib və tədbirdə Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.