Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Musiqili koleydoskop” adlı tədbir keçirilib.

15.05.2024

15.05.2024 cu il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Uşaq İncəsənətin məktəbinin  təşkilatçılığı ilə "Musiqili koleydoskop" adlı tədbir keçirilib.

Tədbirdə müəllim və şagirdlərin istirakı ilə azərbaycan və dünya xalqların rəqslər, Üzeyir Hacıbəylinin “O olmasın,bu olsun”,”Arşin mal alan”operettalarından, Əşrəf Abbasovun “Qaraca qız” baletindən, xalq nağıllarından səhnəciklər oynanılıb.

Tədbirin keçirilməsində məqsəd milli musiqi və mədəniyyət tariximizin, incəsənət sahəsində qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyüyən nəsildə estetik, hissi-emosional tərbiyənin gücləndirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması olub.