Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qubada “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.

12.11.2025

 

12 noyabr 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələri və qazilər, regional və digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişdir.

Çıxışlarda bu günün müstəqil Azərbaycan Respublikasının və xalqımızın tarixində ən əlamətdar günlərdən biri - Konstitusiya Gününün 30 illik yubileyinin qeyd olunmasından, 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsinin nəticəsində əsas müəllifi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev olan və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən Konstitusiya layihəsinin əksər səs çoxluğu ilə qəbul edilməsindən danışılmışdır. Vurğulanmışdır ki, 12 noyabr 1995-ci il xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur. Milli intibah ruhu ilk milli Konstitusiyamızın məğzini təşkil edir.

Qeyd edilmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində respublikamız dünyanın iqtisadi cəhətdən sürətli inkşaf edən ölkələrindən birinə, regionun lider dövlətinə çevrilmişdir.