
13.12.2025
04 noyabr 2025-ci il tarixində Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin könüllüləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş quruluşçu rejissor Cavidan Şərifov, ssenari müəllifi Rasim İsmayılovun “Hadrut sən azadsan!” sənədli fiminə tamaşa ediblər. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu film 44 günlük Vətən Müharibəsinin parlaq səhifələrindən biri olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edir.