Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

12.09.2024

 

12 sentyabr 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

5 komandanın qatıldığı çempionatın sonunda "Termidor" komandası l yeri, “Maqnat” komandası ll yeri, "USM-1" komandası isə lll yeri qazanmışdır.

Qalib komandalar müvafiq dərəcəli diplom və medallarla təltif edilib.