Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Azərbaycan Memarlıq İnciləri” adlı rəsm sərgisi keçirilib.

06.04.2026

“Azərbaycan Memarlıq İnciləri” adlı rəsm sərgisi keçirilib.

Aprelin 8-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən Rayon Mərkəzi Kitabxanası və Siyəzən Gənclər Evinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan memarlıq inciləri” adlı rəsm sərgisi keçirilib.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi, YAP Siyəzən rayon təşkilatının sədr müavini, Siyəzən Gənclər Evinin direktoru, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri, eləcə də gənclər, müəllimlər və kitabxana əməkdaşları iştirak edib.

Tədbirdə ölkəmizin zəngin memarlıq irsi uşaqların rəngarəng dünyasında bir-birindən gözəl, yaradıcı və duyğulu rəsm əsərlərində əks olunub. Hər bir iştirakçı öz istedadı, zəngin fantaziyası və sonsuz vətən sevgisi ilə Azərbaycan memarlığının gözəlliklərini böyük həvəslə canlandırıb.

Belə tədbirlərin keçirilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların yaradıcılıq potensialının inkişafı baxımından əhəmiyyət kəsb edir.