01.02.2025
Quba Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Tarix Diyarşünaslıq muzeyində 2 Fevral-Gənclər Gününə həsr olunmuş “Uğurlu gələcək, Gənclərlə gələcək!” adlı tədbir keçirilib.
Tədbirdən Qusar rayon İH-nin əməkdaşı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Qusar rayon Gənclər İdarəsinin direktor müavini və rayon Mədəniyyət işçiləri və fəal gənclər iştirak ediblər.
Bacarıqlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər gənclərin cəmiyyətdəki fəal rolu və ümummilli lider Heydər Əliyev və gənclər siyasəti mövzularında geniş məruzələrlə çıxış ediblər.
Mözvunu əhatə edən videoçarx nümayiş olunub və Mədəniyyət evinin əməkdaşları, rayon İncəsənət məktəbinin şagird və müəllimlərinin iştirakı ilə baş tutan bədii hissədə səsləndirilən ifalar gənclər tərəfindən maraqla izlənilib.
Sonda muzeyin kütləvi tədbirlərində fəal iştirak edən gənclər fəxri fərmanlarla təltif olunub.
Tədbir iştirakçıları ilə çay stolu arxasında diskussiyalar aparılıb.