09.04.2025
04.04.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanası, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən şəhər Peşə məktəbinin birgə təşkilatçılığı ilə dəyirmi masa formatında keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Aprel döyüşləri haqqında iştirakçılara məlumat veriblər. Bildirilib ki, tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuz tərəfindən işğaldan azad edildi və "Böyük Qayıdış" prosesinə start verildi.
Çıxışlardan sonra Aprel döyüşlərindən bəhs edən sənədli film nümayiş etdirilib.