
24.04.2026
Aprelin 24- ü Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasının oxu zalında Səməd Vurğunun anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq şeir müsabiqəsi keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanov və digər qonaqlar iştirak ediblər. Çıxışlarda Səməd Vurğunun yaradıcılığının əhəmiyyəti və kitabxanaların cəmiyyətin inkişafındakı rolu vurğulanıb.
Müsabiqədə 22 kənd kitabxana filialından 32 nəfər fəal oxucu iştirak edərək şairin müxtəlif şeirlərini ifa ediblər.
Müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaq və görkəmli söz ustadı, dramaturq, tərcüməçi, ictimai xadim, Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin gənc nəsillər arasında təbliğ olunması eyni zamanda oxucuların kitabxana tədbirlərində fəallığını artırmaqdır. Nəticələrə əsasən qaliblər müəyyən olunub.
Sonda şairin 120 illiyinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib və xatirə şəkli çəkilib