Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Mayın 18-də Şabran rayon Pirəbədil Tarix Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub.

18.05.2026

 

Tədbirdə Milli Məclisin deputatı Mahir Süleymanlı, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, YAP Şabran rayon təşkilatının sədr müavini Cəvani Babayev, Şabran Rayon İcra Hakimiyyətinin Pirəbədil inzibati dairəsi üzrə nümayəndəsi Sədrəddin Əhmədov və digərləri iştirak ediblər.

Muzeyin direktoru Pərvanə Hüseynova qonaqlara muzey haqqında məlumat verərək bildirib ki, Pirəbədil Şabran rayonunun qədim və təbiət mənzərələri ilə zəngin kəndlərindən biridir. Bu bina 1968-ci ildən 2013-cü ilədək Qəzənfər Musabəyovun ev muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə tikilən malikanə Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olub. 2013-cü ildən binanın adı dəyişdirilərək buraya “Pirəbədil Tarix Muzeyi” adı verilib. Bişmiş kərpicdən tikilən 2 mərtəbəli muzey binası 14 otaq, eyvan və aynabənddən ibarətdir. Muzeydə 2500-ə yaxın eksponat toplanıb. Bunlardan 700-dən çoxu ekspozisiyada nümayiş etdirilir.

Sonda qonaqlar eksponatlarla tanış olublar