04.09.2025
04.09.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanası, Siyəzən rayon İcra Hakimyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi, Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşı,“Cümə” məscidinin imamı, qadın dini ayin icraçısı, ictimaiyyət nümayəndələri və ziyalılar, kitabxana əməkdaşları iştirak ediblər.
Çıxışlarda bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda önəmli rol oynamış, insanın şəxsiyyət kimi özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Qeyd olunub ki, Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir və bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq üçün məqsədəuyğun tədbirlərin görülməsi vacibir.
Tədbirdə bu barədə gənclərə ətarflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.