Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Ailə dəyərlərimiz” adlı tədbir keçirilib.

19.05.2025

 

15.05.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 15 may-Beynəlxalq Ailə Günü ilə əlaqədar "Ailə dəyərlərimiz" adlı tədbir keçirilib. Bildirilib ki, Beyməlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemıərə cəlb etməkdir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbirdə həmçinin Azərbaycan ailəsinin milli adət və ənənələrindən söz açılıb.

Daha sonra gənc incəsənət ustaları, məktəblilər konsert proqramı ilə çıxış ediblər.