
10.05.2026
Mayın 10-da Qusar rayon Mədəniyyət Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev” adlı konsert proqramı keçirilib.
Qusar rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar rayon Mədəniyyət Mərkəzi və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramında müğənnilərin ifasında bayram əhvali-ruhiyyəli mahnılar təqdim olunub, rəqs qruplarının çıxışları isə nümayiş etdirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb