18.10.2024
18 oktyabr 2024-cü il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, dönməzdir!" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, Rayon Ağsaqqallar şurasının sədri Məhərrəm Abasov, şəhid valideyinləri, qazilər, "N" saylı hərbi hissənin zabit heyyəti, təhsil və mədəniyyət kollektivləri, rayon ictimaiyyəti iştirak edib.
Çıxış edənlər bildirib ki, ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. İkinci dəfə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Müstəqilliyin ilk illərində xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdib, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşub.
Digər çıxış edənlər də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsindən söz açıblar.
Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompazisya ilə çıxış ediblər.