Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Konstitusiyamız müqqədəs - Suverenliyimiz əbədidir” adlı tədbir keçirilib.

15.07.2025

 

15.07.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə Samur qəsəbə kitabxana filialında Cağarqışlaq, Zindanmuruqqışlaq, Kuzunqışlaq, Quxuroba, Əniqoba, Yasaboba, Şirvanlı, Yuxarı Zeyxur, Avaranqışlaq filiallar ilə birgə "Konstitusiyamız müqəddəs -Suverenliyimiz əbədidir " adlı tədbir keçirilib. Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon üzrə nümayəndəsi Elvira Hacıbalayeva, Mərkəzi kitabxananın direktor v.m.i.e. Gültəkin Pənahova, şəhid anası Səmayə Pirvələdova, RİHB-nin Samur Qəsəbə İƏD-si üzrə nümayəndəsi Elxan Babayev, Samur ASM-nin müdiri əməkdar həkim Nəriman Osmanov və digərləri çıxış ediblər.

Kitablar, cəmiyyətimizin inkişafında və vətəndaşların məlumatlanmasında mühüm rol oynayır. Onlar, bizə keçmişimizi öyrənmək, indiki vəziyyəti anlamaq və gələcək üçün planlar qurmaq imkanı verir. Kitab mütaliəsi , eyni zamanda, vətəndaşlarımız arasında demokratik dəyərlərin və hüquqi biliklərinin yayılmasına da töhfə verir.