Qusarda şəhər yeddi illik musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960-cı il tarixli əmrilə yaradılmışdır.
İlk şöbələr tar və fortepiano ixtisasları üzrə yaradılmışdı. 1972 ci ildə yeni bina və gücləndirilmiş maddi – texniki baza musiqi məktəbində qarmon, nağara, klarnet, kamança kimi ixtisasları tədris etmək şərait yaratmışdır. Musiqi fənlərilə yanaşı tədris dairəsinin incəsənətin digər ixtisasları hesabına genişlənməsi sayəsində 1984 – cü ilin sentyabrda etibarən bu sənət ocağı incəsənət məktəbi adlanmışdır. 1998- ci ildə məktəbdə tədris edilən ixtisasların sırasına skripka sinfi əlavə edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə səs (xanəndəlik) şöbəsi açılmışdır. Hazırda Qusar şəhərUşaq İncəsənət Məktəbində 10 ixtisas üzrə 373 nəfər şagird təhsil alır və onlara 90 nəfər orta və ali ixtisas təhsilli müəllim dərs keçir.
Qusar şəhəri, M. Rəsulzadə 2