Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada “Musiqi Günü” qeyd edilib

18.09.2017

      18 sentyabr Milli Musiqi günü ilə əlaqədar Qubada musiqi bayramı keçirilib.Tədbir iştirakçıları əvvəlcə müxtəlif incəsənət növlərinin əks etdirən,eləcə də milli musiqi günündən bəhs edən sərgilərlə tanış olublar.Daha sonra görkəmli bəstəkar Üzeir Hacıbəylinin həyat və yaradıcılığından,eləcə də Azərbaycan incəsənətinin inkişafına yönəldilən dövlət qayğısından bəhs edən video-çarx nümayiş olunub.Rayon mədəniyyət mərkəzində təşkil edilən tədbirdə 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alındığı və həmin gündən hər il bu tarixin təntənə ilə qeyd olunduğu bildirilir.Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov bildirib ki,bu gün sadəcə musiqi sevənlərin yox həm də xalqımızın bayramıdır.Üzeyir sənəti dünya incəsənətinin incilərindən sayılır və beynəlxalq miqyasda rəqbətlə qarşılanır.Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev musiqi incəsənətinin inkişafına,yeni nəslin musiqi tərbiyəsinin möhkəmlənməsinə göstərilən dövlət qayğısından,eləcə də regionlarda musiqi təhsilinin yüksək səviyyədə təşkili üçün həyata keçirilən tədbirlərdən danışıb.Daha sonra musiqi sahəsində çalışan bir qrup müəllim və istedadlı şagirdlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.Musiqi bayramı quba uşaq incəsənət məktəbinin,Quba Uşaq Musiqi Məktəbinin və Quba rayon Mədəniyyət Mərkəzinin ayrı-ayrı kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.