Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda Amerika guşəsinin açılışı olub

27.09.2017

       27.09.2017-ci il tarixində Xaçmazda Amerika guşəsinin açılışı həyata keçirilib. Xaçmaz Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev və digər ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

             Açılış mərasimində çıxış edən səfir guşənin Amerika və Azərbaycan xalqları arasında ünsiyyətin möhkəmləndirilməsində, kompüter biliklərinin mənimsənilməsində, ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq imkanlarının qazanılmasında əhəmiyyətindən danışıb.

       Qeyd olunub ki, Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan, Xaçmaz rayon və şəhərlərindəki regional Amerika guşələri də daxildir. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumatlar əldə etmək, təhsil və mübadilə proqramları barədə ətraflı bilgilər qazanmaq, habelə yaradıcılıq məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, habelə mühazirələr, danışıq klubları hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir. Guşədə kompüter və digər texniki avadanlıqlarla, kitab və rəsmlərlə tanışlıq olub. Kitabxanaya yeni avadanlıq, texnika, lazımi materiallar və kitablar hədiyyə edilib.