04.05.2021
Xaçmaz Dövlət Rəsm Qalereyasının əməkdaşı, gənc rəssam Aqil Haşımov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində Fəxri fərmanla təltif edilmişdir. 3 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov fəxri fərmanı gənc rəssama təqdim etdi. Həmçinin Xaçmaz Dövlət Rəsm Qalereyasında A.Haşımovun əl işlərindən ibarət sərgiyə baxış keçirildi.