Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluş Günü”nə həsr edilmiş sərgi təşkil edilib

15.06.2021

       15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları və tabe müəssisələrin rəhbərləri Heydər Əliyev adına istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

      Bayram münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq havada rəsm sərgisi təşkil olunub.  Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, təşkilat və müəssisələrin nümayəndələri tərəfindən sərgiyə baxış keçirilib.

     Sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini özündə əks etdirən fotostendlər, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar nümayiş etdirilib.

      Rəsm sərgisində Xaçmaz Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəyin üzvləri və Xaçmaz şəhər Uşaq İncəsənət Mərkəzinin yetirmələri, Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olan qəhrəmanlarımızı fırça üzərində canlandırıblar. Çəkilən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla izlənilib.