21.06.2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsi “Zəfər yazanlar” Regional ədəbi yazı müsabiqəsini elan edir.
Məqsəd:
1. Regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən Müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə, konsert və tamaşalarda ədəbi material kimi istifadə olunması;
2. Vətən Müharibəsində vuruşan, şimal bölgəsindən (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) olan igid döyüşçülərimizin (şəhid, qazi və veteran) bədii obrazının ədəbiyyata gətirilməsi;
3. Bədii yaradıcılıqla məşğul olan insanların yüksək sənətkarlıq keyfiyyətlərinə malik əsərlərini dəyərləndirmək, bölgə yazarlarına yaradıcı stimul verilməsi.
Vəzifə :
1. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımızı azad etməsini, tarixi zəfərimizi bədii ədəbiyyatda əks etdirmək;
2. Bölgə ədəbiyyatını inkişaf etdirmək, ədəbiyyata yeni məzmun və obrazlar gətirmək, yerli yazarların, ədəbi məclislərin fəaliyyətinə təkan vermək;
3. Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək;
4. Azərbaycan əskərinin qəhrəmanlığını tərənnüm etmək, onun göstərdiyi şücaətləri gələcək nəsillərə ötürmək.
Müsabiqənin ədəbi janrları:
- Poeziya- şeir
- Nəsr-hekayə
- Dramaturgiya-pyes (1 pərdəli)
Müsabiqənin şərtləri:
- Hər iştirakçı yalnız bir janr üzrə (şeir, hekayə, pyes), yalnız bir əsər təqdim edə bilər.
- Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini regiona daxil olan rayonlarda (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən) fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə təqdim etməlidir.
- Təqdim edilən yazı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan, Vətən müharibəsində iştirak edən oğul və qızlarımızın şücaətini əks etdirməlidir (şəhid, qazi, veteran).
- Yazı yalnız bir müəllifə məxsus olmalıdır.
- Yazı 1 nüsxə CD diskdə və 3 nüsxə A4 formatlı çap vərəqində təqdim edilir.
- Şeir janrı üzrə əsərlərin həcmi 8 bənddən artıq olmamalıdır.
- Hekayə janrı üzrə əsərlər 20.000 (iyirmi min) işarədən artıq olmamalıdır. Şriftin qarnituru “Arial 12”, sətirlərarası interval 1, faylın formatı “Doc” A4 olmalıdır.
- Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
- Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Müsabiqənin qiymətləndirilməsi:
1. Təqdim olunan əsərlər müsabiqənin təşkilat komitəsinin seçdiyi münsiflər tərəfindən qiymətləndirilir.
2. Yazılar yoxlanılarkən əsərlər şifrələnir, müəllifləri anonimləşdirilir.
3. Hər janr üzrə iki 1-ci yer, iki 2-ci yer , üç 3-cü yer müəyyənləşdirilir.
4. Qaliblər Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılır.
5. Digər yazılar həvəsləndirici mükafatlarla qiymətləndirilir.
Müsabiqəyə 2021-ci ilin 21 iyunundan start verilir və əsərlərin qəbulu 31 avqust 2021-ci il tarixdə sona çatır. Müsabiqədə I,II,III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunur. 8 noyabr - Zəfər günündə müsabiqə qalibləri və həvəsləndirici yer tutan yazarlar diplom və mükafatlarla təltif olunur və “Zəfər yazanlar” toplusunun təqdimat mərasimi keçirilir. Təqdimat mərasimində ən yaxşı əsərlərdən nümunələr səsləndirilir.
Email : zeferyazanlar@gmail.com
Əlaqələndirici şəxs: Ramiz Ramazanov
Telefon: (050) 383-28-23 (Təşkilat komitəsi)