24.09.2017
24 sentyabr 2017-c il tarixində Xaçmaz rayonunda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və Xaçmaz Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “27 sentyabr – Turizm günü” nə həsr edilmiş sərgi-konsert təşkil edilmişdir. Sərgidən öncə təşkil edilmiş dəyirmi masada turizm və mədəniyyət sahəsində çalışan işçilər,rayonda fəaliyyət göstərən istrahət mərkəzlərinin nümayəndələri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan Xaçmaz Turizm İnformasiya Mərkəzinin direktoru V.Əhmədov tədbirin əhəmiyyətindən, regionun turizm potensialından danışdı. Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi X.Əliyeva ölkəmizdə turizmə göstərilən dövlət dəstəyindən, bu sahədə görülmüş işlər haqqında məlumat verdi.
Daha sonra Xaçmaz Mədəniyyət və İstirahət parkında təşkil edilmiş sərgi və konsertə baxış keçirildi.