Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin videokonfransı keçirilib

21.09.2021

21 sentyabr 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirilib. İclasda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr və iri müəssisə rəhbərləri iştirak edib. İclası giriş sözü ilə açan idarə rəisi Vüsal Hüseynov 27 sentyabr - Anım günü və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə regionun mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlərin keçirilməsi, videoçarxların hazırlanması və həmin tədbirlərin dövrü mətbuatda işıqlandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra 2021/2022-ci tədris ilinə hazırlıq barədə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorlarının çıxışları dinlənilib.

Sonda idarə rəisi müəssisələrdə əmək intizamına və xüsusi karantin rejiminin qaydalarına ciddi riayət edilməsi, müəssisələrdə göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması, şəhid və qazi ailərinin daim diqqət mərkəzində saxlanılması və qarşıda duran digər məqsəd və vəzifələr barədə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.