Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Beynəlxalq Turizm Günü” münasibəti ilə Quba Turizm İnformasiya Mərkəzi Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə tədbir keçirilmişdir

27.09.2017

27 Sentyabr “Beynəlxalq Turizm Günü” münasibəti ilə, Quba Turizm İnformasiya Mərkəzi Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi  ilə birlikdə  tədbir həyata keçirmişdir.

            Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları ilə yanaşı, Quba tarix diyarşünaslıq muzeyinin, Quba Mədəniyyət Mərkəzinin, Mədəni İrsin Qorunması, İnkişafı və  Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak etmişlər.

Quba TİM-in direktoru Murad Hacıyev, Quba MKS-nin direktoru Saməddin Nəsirov, Quba Quba Tarix Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, Quba MKS əməkdaşı Faiq Əliyev, turizm mütəxəssisi Taleh Sultanov, kitabxananın əməkdaşı Rübabə Hacıbəyova öz çıxışlarında Quba turizmin inkişafı üçün atılan addımlardan, turistlərin bölgəyə cəlb edilməsi və onlara rayonun tanıdılması istiqamətində aparılan  təbliğat yolarından  bəhs etmişlər. Eyni zamanda, bölgəyə gələn qonaqların qarşılaşdıqları problemlər, onların razı və narazı qaldığı məqamlardan söz açılmışdır. Çıxışlarda Quba Turizm İnformasiya Mərkəzinin rayona gələn yerli və xarici turistlərə göstərdiyi xidmət yüksək qiymətləndirmiş, mərkəz tərəfindən nəşr olunan çap məhsullarının turistlər üçün çox əhəmiyyətli informasiya vasitəsi olduğu vurğulanmışdır.