Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami inciləri”

24.12.2021

23 dekabr 2021-ci il tarixində Qubada klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,mütəfəkkir  şair Nizami Gəncəvinin 880 illik yubileyinə və "Nizami Gəncəvi ili"nə həsr edilmiş "Nizami inciləri"adlı tədbir keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Quba Heydər Əliyev Mərkəzində baş tutub.Tədbirdə Xaçmaz Regional Mədəniyyət Idarəsinin rəisi Vüsal Hüseynov,Quba rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Anar  Məmmədov,mədəniyyət işçiləri və rayon ziyalıları iştirak edib.Əvvəlcə mərkəzin foyesində Quba rayon MKS-in N.Gəncəvi yaradıcılığından bəhs efən kitab sərgisinə,eləcə də Quba Uşaq İncəsənət Məktəbinin şagirdlərinin dahi şairə həsr etdiyi rəsm nümunələrinə baxış keçirilib.Tədbirdə çıxış edən Xaçmaz RMİ-nin rəisi Vusal Hüseynov ölkə prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə əlaqədar elan edilmiş "Nizami Gəncəvi ili"çərçivəsində  respublikamızda,o cümlədən regionda həyata keçirilən mədəni tədbirlərdən söz açıb.Bildirilib kı,dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.Söz dünyasının günəşi,hələ sağlığında ikən əsərləri möcüzə sayılan, "Xəmə"si ilə dünyaya səs salan N.Gəncəvinin 880 illik yubileyi böyük bir mədəni hadisədir.

 Quba rayon IH-nin rəsmisi Anar Məmmədov mütəfəkkir şairin həyat və yaradıcılığından,Azərbaycan dövlətinin tarixin bütün dövrlərində N.Gəncəviyə,onun miras qoyduğu əvəzsiz irsinə hörmət və qayğı ilə yanaşmasından bəhs edib.

 Daha sonra Quba Könüllülər Teatrının təqdimatında "Nizami inciləri"adlı teatrlaşdırılmış kompozisiya nümayiş olunub.Gənc müğənnilər Məqsəd Əskərov,Əlövsət Səlimov N.Gəncəvinin qəzəllərinə yazılmış "Sənsiz","Sevgili canan"romanslarını səsləndiriblər.Daha sonra B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin "Art" Yaradıcılıq Studiyasının istehsal etdiyi,N.Gəncəvini eyni adlı mənzum hekayesi əsasında lentə aldığı "Kərpickəsən kişinin dastanı" qısametrajlı bədii filminin premyerası keçirilib.Filmə və teatrlaşdırılmış kompozisiyaya R.Ramazanlı quruluş vermişdir.Tədbir respublika televiziyaları tərəfindən informasiya proqramlarında işıqlandırılmışdır.