Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə konfransı keçirilib

28.01.2022

27 yanvar 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2021-ci ilin yekunlarına və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş tərkibdə konfransı keçirilib. Xaçmaz Tarix diyarşünaslıq muzeyində keçirilən konfransda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, regionda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, Mədəniyyət Mərkəzləri, muzey müəssisələri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak edib.

İlk öncə Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov 2021-ci ildə görülən işlər barədə məlumat verdi. Ötən il ərzində müəssisələrdə əmək intizamına riayət edilməsi, keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən “Nizami Gəncəvi ili” və Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərin və hazırlanan videoçarxların kəmiyyət və keyfiyyət nisbəti, bu işdə fərqlənən müəssisələr barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Daha sonra idarənin baş məsləhətçiləri - Quba rayonu üzrə nümayəndə Fuad Orucov, Qusar rayonu üzrə nümayəndə Elnur Eldarov, Siyəzən rayonu üzrə nümayəndə Zəminə Qədirli hesabat məruzələri ilə çıxış etdi.

İclasda idarənin 2022-ci ilin birinci yarımilinə həsr edilmiş İş Planı və “Şuşa ili” ilə əlaqədar hazırlanmış Tədbirlər Planı barədə məlumat verildi.

2022-ci ildə qarşıda duran vəzifələrdən danışan idarə rəisi V. Hüseynov bildirdi ki, 2022-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşa ili” elan edilmişdir. Regionda il ərzində bu istiqamətdə tədbirlərin keçirilməsi, videoçarxların hazırlanması, maarfləndirmə işlərinin aparılması mədəniyyət müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir.

İdarənin məsləhətçiləri – Xalidə Əliyeva və Fərid Musayev Mədəniyyət Mərkəzləri, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, Heydər Əliyev Mərkəzləri, Tarix diyarşünaslıq muzeyləri və qalereyalar, Uşaq musiqi və Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnamələrindən irəli gələn bəndlərə uyğun işin qurulması və fəaliyyətin daha da gücləndirilməsi istiqamətində məruzə ilə çıxış etdilər.

İdarə rəisi tərəfindən müəssisələrdə əmək intizamına ciddi riayət edilməsi, Uşaq musiqi və uşaq incəsənət məktəblərində tədrisinin keyfiyyətinin daha da yüksəldilməsi və şagirdlərin müsabiqələrdə fəal və yüksək səviyyədə iştirakı, keçirilən tədbirlərin və hazırlanan videoçarxlarının keyfiyyətinin yüksəldilməsi, sosial şəbəkələrdə aktivliyin qorunub saxlanılması və daha da artırılması, kəndlərdə mədəni mühitin canlanması məqsədilə 2021-ci ildə start verilən “Kəndlərdə Mədəniyyət Günləri“ layihəsinin 2022-ci ildə də davam etdirilməsi, Xalq Teatrlarının fəaliyyətinin daha da gücləndirilməsi, istedadlı şəxslərin teatrlara cəlb edilməsi, o cümlədən istiqamətində müvafiq tövsiyə və tapşırıqlar konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Sonda region üzrə 2021-ci ildə kütləvi-mədəni tədbirlərin keçirilməsi və videoçarxların hazırlanmasında fəallıq göstərən müəssisələr və 2021-ci ildə Vətənpərvərlik sahəsində səmərəli fəaliyyəti ilə əlaqədar bir sıra əməkdaşlar idarənin fəxri fərmanları ilə təltif edildi.