Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində “Turizm Dünyanın Diqqət Mərkəzində” mövzusunda dəyirmi masa keçirilmişdir.

27.09.2017

        27  Sentyabr  2017–ci  il  tarixində  Şabran rayon Heydər  Əliyev  Mərkəzində  “Turizm Dünyanın Diqqət Mərkəzində”  mövzusunda  dəyirmi  masa keçirilmişdir.Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev açaraq ilk öncə tədbir iştirakçılarını salamlamış və ölkədə turizmlə baglı möhtəşəm layihələrin həyata keçirilməsini iştirakçıların diqqətinə çatdırmışdır.Masada Tarix Diyarşünaslıq muzeyinin İşçiləri, Şabran şəhər 1 və 5 saylı  məktəblərin  tarix  müəllimləri, Dövlət Sosial Müdafiə fondunun Şabran bölməsinin əməkdaşı, Gənclər və İdman nazirliyinin Şabran bölməsinin əməkdaşları, Çıraqqala tarixi qorugunun əməkdaşı və Heydər Əliyev Mərkəzinin iki əməkdaşı  iştirak  etmişdilər. Tədbirdə  27  Sentyabr  Beynəlxalq Turizm günü ilə baglı bir sıra fikirlər söylənildi. Çıxış  edən  1 saylı  tam  orta  məktəbinin  cografiya müəlliməsi Cəvahir Əliyeva, Gənclər Və İdman Nazirliyinin Şabran bölməsinin Əməkdaşı Elvin Vəliyev, Dövlət sosial Müdafiə Fondunu Əməkdaşı Elçin Məcidli və Tarix diyarşünaslıq Muzeyinin Elmi İşçisi Bəsti Məmmədova Turizmin Azərbaycanda İnkişafı və Respublika prezidenti Cənab İlham Əliyevin bu sahəyə olan diqqətinin xüsusi oldugunu vurguladılar.Bunun nəticisində ölkədə Turizm instutu yaradılmış həmin institutlarda daimi fəaliyyət göstərən kurslar yaradılmış bu da öz növbəsində turizm potensialının daha da güclənməsinə səbəb olmuşdur.Son illər ölkəyə turist axınının güclənməsi bunu bir daha sübut etmişdir.

          Sonda tədbir iştirakşıları bu bayaram münasibətilə bu sahədə çalışan turizm şirkətlərinin əməkdaşlarını, muzey işçilərini, mehmanxana komplekslərinin rəhbərlərin və işçi heyətini ürəkədən təbrik etmiş və bu sahədə ugurlar arzulamışlar.