Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin faciəsi – Xocalı”

26.02.2022

25 fevral 2022-ci il tarixində Şabran Xalq Teatrı Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Əsrin Faciəs- Xocalı” adlı tamaşa ilə çıxış edib. Tamaşanı izləyənlər arasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri də olub.

Öncə Xocalı faciəsi qurbanları və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf hisslərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirən tamaşanın quruluşçu rejissoru Cabir Əmrahovdur.

Sonda tamaşa haqqında fikirlərini bölüşən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov teatr kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı böyük Zəfər nəticəsində Şəhidlərimizin qisasının alındığını bildirdi.

Sonda xatirə şəkli çəkilib.