Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qocaman mədəniyyət işçiləri daim diqqət mərkəzindədir

02.03.2022

1 mart 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Quba şəhərində qocaman mədəniyyət işçiləri Akif Mirzəyev və Quba rayonu Alekseyevka kəndində Canmirzə Səfərovu ziyarət edib. Görüşlərdə A.Mirzəyevin və C.Səfərovun mədəniyyət sahəsində çalışdığı illərə nəzər salınmış, onların fəaliyyətinin daim diqqət mərkəzində olduğu vurğulanmışdır.

Qeyd edək ki, Mirzəyev Akif Qulam oğlu 1973-cü ildən 2019-cu ilədək mədəniyyət sahəsində çalışıb, Quba şəhər Uşaq İncəsənət məktəbində musiqi müəllimi,ansamblın bədii rəhbəri olub.Tanınmış klarnet ifaçısıdır.

Səfərov Canmirzə Mobil oğlu isə 16 il mədəniyyət sahəsində metodist, Alekseyevka kənd Mədəniyyət evinin direktoru vəzifəsidə çalışıb. "Atəşgah"xalq folklor kolektovinin solisti kimi fəaliyyət göstərib. Həm də artıq 3 ildir ki, Quba Könüllûlər Teatrının üzvüdür.Yaradıcı fəaliyyətini davam etdirir.