Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda Milli Teatr Günü qeyd edilib

10.03.2022

10 mart 2022-ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “10 mart – Milli Teatr Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov ölkəmizdə teatr sahəsinə göstərilən dövlət qayğısından danışdı, Xaçmaz Xalq Teatrını və bütün teatr sevərləri Milli Teatr Günü münasibətilə təbrik etdi.

Tədbirin aparıcısı Dilarə Rüstəmova Milli Teatr Gününün təsis edilməsi, Azərbaycanda Milli Teatrın yaranma tarixi barədə məlumat verdi. Xaçmaz Xalq teatrının rəhbəri İlham Tağıyevin Xaçmaz rayonunda teatrın yaranma və inkişaf tarixindən danışdı. Həmçinin Xaçmaz Xalq teatrının uğurlarından danışan İ.Tağıyev teatrın gələcək planları barədə də tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə Xaçmaz Xalq Teatrı tərəfindən Rəhman Əlizadənin eyni adlı əsəri əsasında hazırlanmış “Diqqət! Başlayıram” tamaşası izləyicilərə təqdim edildi. Qeyd edək ki, Xaçmaz Xalq teatrı 2017-ci ildə məhz həmin tamaşa ilə II Respublika XalqTeatrları festivalının qalib olmuşdur.

Sonda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov idarənin Fəxri fərmanını teatra təqdim etdi və onlara gələcək fəaliyyətində uğurlar arzuladı.