Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abidə bulaq kompleksinin açılışı olub

10.03.2022

Xaçmaz rayonu Qaracəlli kəndində Vətən müharibəsi şəhidi Samir Azər oğlu Mustafayevin doğum günündə onun adına inşa edilmiş abidə bulaq kompleksinin açılışı oldu. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev, mədəniyyət işçiləri, qazilər, kənd ictimaiyyəti iştirak etdi. Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi V. Hüseynov bildirdi ki, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhz Samir kimi igid, qəhraman Azərbaycan oğullarının canı, qanı bahasına torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Daha sonra çıxış edənlər şəhidin həyatından, məktəb illərindən, şərəfli döyüş yolundan danışdılar.

Daha sonra tədbir şagirdlərin ifasında vətənpərvlik mövzusunda şerlərin ifası davam etdi.

Sonda bulaq kompleksinin açılışı oldu və kompleks önünə tər gül dəstələri düzüldü.