Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi Şuşa”

06.05.2022

06.05.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın Respublikası Prezidentinin Sərəncamına əsəsən 2022-ci il “Şuşa ili” və “Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı ” elan olunması ilə əlaqədar “Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi Şuşa” adlı tədbir keçirildi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, Quba Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri, fəal oxucular və başqaları iştirak edirdi. Əvvəlcə, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Tədbirə dəvət olunmuş rayon ziyalısı, kitabxananın fəal oxucusu Əbil Cəfərov çıxış edərək qeyd etdi ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olmunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Sonra kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva “Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi Şuşa” adlı geniş məruzə ilə çıxış edərək, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalar haqqında geniş məlumat verdi. Daha sonra Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Aydan Nemətova və kitabxananın fəal oxucusu Aynur Tağıyeva çıxış edərək bildirdilər ki, Qarabağın döyünən ürəyi olan Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim tarixi qələbəmizdir. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, 28 il yarım işğal altında olan Şuşa azad edildi! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Qafqazın incisi-Şuşa 28 il ərzində işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Tədbir çərçivəsində Quba Dövlət Sosial İqtisadi Kolleci tələbələrinin və fəal oxucuların ifasında Şuşaya həsr olunmuş şeirlər səsləndi. Tədbirin sonunda “Şuşa Azərbaycanın Mədəniyyət paytaxtıdır” adlı sərgiyə baxış keçirildi.